ÖLKƏ ŞOKDA: Avtobus yüksəklikdən AŞDI - 26 ÖLÜ

 13:26 22.09.2019     2431

Pakistanın Gilgit Baltistan əyalətində baş verən yol qəzasında 26 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, Baltistanın Skardu şəhərindən Ravalpindi şəhərinə gedən avtobus sürücüsü, 4 min 173 metr yüksəkliyindəki Babusar aşırımında idarəetməni itirib. Qəza nəticəsində 26 nəfər ölüb.

Qeyd edək ki, Babusar keçidi Gilgit Baltistanı digər Pakistan dövlətləri ilə birləşdirən ən qısa yoldur.

Gülnar Süleymanova / Redaktor.az