Tonqa sahillərində 5.6 bal gücündə zəlzələ baş verib

 16:54 22.09.2019     515

Sakit okeanda Tonqa adalar respublikasının sahillərində  5,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az  report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Hihifo yaşayış məntəqəsindən 79 km şimal-şərqdə, onun ocağı isə 8,6 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.