Polislərə "Ağappaq bədənim var, həbsə girə bilmərəm" deyən qız sərbəst buraxıldı - FOTO

 18:52 22.09.2019     774

Saxlanılarkən polislərə "mən çox gözəl, təmizkar, səliqəli, savadlı və elit biriyəm. Ağappaq bədənim var, həbsə girə bilmərəm", - deyən qadın sərbəst buraxılıb.

Redaktor.az milli.az-a istinadla xəbər verir ki, yol nişanında qeyd edilən sürət həddini 35 km/saat aşan 34 yaşlı Lauren Cutshaw saxlanılarkən gözəlliyini fürsət bilib. Karolinada yaşayan Lauren polis əməkdaşlarına özünü tərifləyərək saxlanılmamasını xahiş edib.

O, avtomobilini yüksək sürətlə idarə edərkən sərxoş halda olub. Onun qanındakı spirtli içki miqdarı 18 faiz olub.

Qızın gözəlliyi saxlanılmasına mane olmasa da, həbsxanaya düşməməsinə xeyli kömək olub. Belə ki, o, həbs cəzası almaq əvəzinə 187 dollar ödəyərək sərbəst buraxılıb.

Qeyd edək ki, o, əmlakçı işləyib.