Aeroportda həyəcanlı anlar: 2 təyyarə...

 19:54 22.09.2019     676

Dubay Beynəlxalq Hava Limanına enişi planlaşdırılan 2 təyyarə ərazidə pilotsuz uçuş aparatının (PUA) şübhəli uçuşu səbəbindən başqa aeroporta yönləndirilib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə aerportun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12:36 və 12:51 arasında hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bir müddət öncə Yəməndəki husi üsyançıları Dubay və Əbu-Dabidəki strateji obyektlərə hücum edəcəklərini açıqlamışdı. Bu səbəbdən sözügedən olay rəhbərlikdə ciddi narahatlığa səbəb olub.