Tanınmış boksçu eyvandan düşərək öldü - FOTO

 20:14 22.09.2019     648

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.

Image result for Aleksey Zabolotski