Britaniya İrana qarşı əməliyyatlarda iştirak edə bilər - Conson

 10:35 23.09.2019     908

"Böyük Britaniya ABŞ-ın İrana qarşı mümkün əməliyyatlarında yer ala bilər". 

Redaktor.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson belə bəyanatla çıxış edib. O bildirib ki, Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına təşkil edilən hücumlara görə İran məsuliyyət daşıyır.

“Buna görə də London Tehrana qarşı mümkün əməliyyatlar zamanı Vaşinqtona dəstək verə bilər” -  deyə diplomat qeyd edib.

Anar Türkeş / Redaktor.az