Ərdoğan və Tramp arasında telefon danışığı olub

 11:00 23.09.2019     1089

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı ölkələr arasındakı münasibətlər və regional məsələlər müzakirə olunub.

Danışıqların detallarına dair əlavə məlumat verilmir.

Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-da səfərdədir.

Anar Türkeş / Redaktor.az