Güclü zəlzələ binaları YERLƏ BİR ETDİ - Yüzlərlə yaralı var / VİDEO

 11:32 23.09.2019     1981

Albaniyada baş verən rixter cədvəli üzrə 5,8 bal gücündəki zəlzələnin fəsadları açıqlanıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 132 nəfər xəsarət alıb. Çox sayda tikiliyə ziyan dəyib. Xatırladaq ki, iki gün əvvəl baş verən yeraltı təkanların episentri Dıraç şəhərindən 30 kilometr şimalda yerləşib. Zəlzələ paytaxt Tiranada da fəsadlar törədib.

Bu Albaniyada son 30 ildə baş verən ən güclü zəlzələ hesab olunur.

Yeraltı təkanlar zamanı bəzi kanallar canlı yayımda olub.

Anar Türkeş / Redaktor.az