Pakistan prezidentindən nüvə XƏBƏRDARLIĞI: "Ümid edirəm ki..."

 11:45 23.09.2019     3115

“Pakistan müharibəni başladan tərəf olmayacaq. Lakin Hindistan tərəfi müharibəni başlatsa, Pakistan mübarizəyə girməkdən çəkinməyəcək”.

Redaktor.az xəbər verir ki, Pakistan prezidenti Arif Alvi Kəşmir gərginliyi ilə bağlı danışarkən belə deyib. O bildirib:

“Müharibə başlasa hər şey nəzarətdən çıxar. Dünya bilməlidir ki, müdaxilə olarsa, buna görə biz məsuliyyət daşımarıq. Pakistan özünü tamamilə müdafiə edə bilər. Hindistanın əsgər sayısı daha çox ola bilər. Lakin müsəlmanlar müharibədə ölməkdən çəkinmirlər, daha yaxşı mübarizə aparırlar. Bu məsələdə ən təhlükəli ünsür Hindistanın nüvə silahına sahib olmasıdır. Ümid edirəm ki, Hiroşima və Naqasadaki hal təkrarlanmaz. Kəşmir məsələsi BMT-nin qətnamələrinə uyğun olaraq, referendum yolu ilə həll edilməlidir".

Anar Türkeş / Redaktor.az