İran Britaniyaya məxsus gəmini SƏRBƏST BURAXDI

 15:00 23.09.2019     509

İran iyulun 19-da ələ keçirdiyi Böyük Britaniya bayrağı altında üzən İsveç şirkətinə məxsus neft gəmisini sərbəst buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran hökumətindən məlumat verilib. Açıqlamada qeyd edilir:

“Hüquqi proses başa çatdı və neft tankerinin buraxılması üçün problem qalmadı. Gəmi yelkən aça bilər”.

Qeyd edək ki, Böyük Britaniya donanması qanunsuz yanacaq daşıdığını irəli sürərək, İrana məxsus neft tankerini ələ keçirmişdi. Ardınca Tehran adekvat cavab verib.

Anar Türkeş / Redaktor.az