Xəstəxanaya yerləşdirilən MHP sədri ilə bağlı SON MƏLUMAT

 14:43 23.09.2019     243

Xəstəxanaya yerləşdirilən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının həyatı üçün təhlükə yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə partiyadan açıqlama verilib. Açıqlamaya görə, o, ürək bulanması şikayəti ilə bağlı həkimlərə müraciət edib. Hazırda onun səhhəti normaldır.

Qeyd edək ki, səhər saatlarında xəstəxanaya yerləşdirilən Baxçalının beyninə qan sızdığı iddia edilirdi.

Anar Türkeş / Redaktor.az