Tehran ABŞ-la dialoq qurmaq üçün şərtini AÇIQLADI

 17:34 23.09.2019     522

“ABŞ nüvə sazişinə yenidən qoşularsa, Tehran Vaşinqtonla dialoq qurmağa razılıq verəcək”.

Redaktor.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin açıqlmasında belə qeyd edilib. Bildirilir ki, Vaşinqton nüvə sazişinin şərtlərinə əməl edərsə, Tehran 5+1 ölkələri ilə davam edən müzakirələr çərçivəsində ABŞ-la dialoq qurmağa hazırdır.

Açıqlamaya görə, Tehran ABŞ-ın təzyiq siyasətinə boyun əymək niyyətində deyil.

Anar Türkeş / Redaktor.az