İndoneziyada DƏHŞƏT - Etiraz aksiyaları zamanı 20 nəfər öldü

 20:57 23.09.2019     548

İndoneziyanın Papua vilayətində etiraz aksiyaları zamanı 20 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyaları zamanı ölən və xəsarət alanların sayı arta bilər.

Bundan əvvəl “Reuters” informasiya agentliyinin yaydığı məlumatda qeyd olunub ki, iğtişaşlar zamanı 16 nəfər ölüb, 65 nəfər xəsarət alıb. /apa/