ABŞ-dan Türkiyəyə gözlənilməz "F-35" təklifi

 10:45 24.09.2019     700

ABŞ Türkiyəyə “F-35” və iqtisadi məsələləri əhatə edən yeni təklif irəli sürüb.

Redaktor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, təklifə görə Ankara ilə ticarət həcminin 100 milyard dollar səviyyəsinə çatdırılması planlaşdırılır. Həmçinin, ABŞ Türkiyədən idxal olunan alüminium və polad məhsullarına tətbiq edilən vergiləri aşağı salmaq niyyətindədir.

Türkiyə bəzi şərtləri qəbul edərsə, “F-35” proqramına qayıda bilər. İddialara görə, təklifdə “S-400”lərlə bağlı hansısa tələb yer almayıb. Bildirilir ki, təklif hələlik şifahi olaraq Ankaraya göndərilib. Lakin yaxın günlərdə təklifin yazılı şəkildə Ankaraya təqdim olunacağı bildirilir.

Anar Türkeş / Redaktor.az