Ermənistan Polisinin sabiq rəisi İNTİHAR ETDİ

 10:37 24.09.2019     194

Ermənistan Polisinin sabiq rəisi Ayk Arutunyan evində ölü tapılıb.  

Redaktor.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun intihar etdiyi bildirilir.

Faktla bağlı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Qeyd edək ki, A. Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın Daxili İşlər naziri, 2003-2008-ci illərdə Polis rəisi, 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin İstintaq əməliyyat idarəsinin rəisi vəzifələrində çalışıb. Ermənistanda 2008-ci ilin mart hadisələri üzrə ifadə verən şəxslər arasında A. Arutyunyan da olub.