Almaniya, Fransa və Britaniya hücumlara görə İranı İTTİHAM ETDİ

 11:19 24.09.2019     771

Fransa, Almaniya və Böyük Britaniya Səudiyyə Ərəbistanına məxsus neft emalı zavodlarına təşkil edilən hücumlarla bağlı birgə bəyanat yayıb.

Redaktor.az xəbər verir ki, bəyanatda hücumlara görə İran ittiham edilib:

“Sentyabr ayının 14-də Səudiyyə Ərəbistanı ərazisindəki neft emalı zavodlarına təşkil edilən hücumları sərt şəkildə qınayırıq. İranın bu hücumlara görə məsuliyyət daşıdığı aydın görünür. Daha çox dəlil əldə etmək üçün məsələ barədə davam edən araşdırmaları dəstəkləyirik".

Anar Türkeş / Redaktor.az