Bağdadda ABŞ səfirliyi atəşə tutuldu

 11:30 24.09.2019     1038

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yerləşdiyi ərazi atəşə tutulub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, terrorçuların atdığı 2 top mərmisi səfirliyin yaxınlığına düşüb. Tələfata dair məlumat yoxdur.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Anar Türkeş / Redaktor.az