SON DƏQİQƏ: Türkiyədə DƏHŞƏTLİ HADİSƏ - 6 ölü, 27 yaralı / VİDEO

 11:53 24.09.2019     1170

Türkiyənin Hatay vilayətində qaçqınların olduğu hərbi yük maşını qəzaya uğrayıb. Nəticədə 6 nəfər həyatını itirib. 2-si hərbçi olmaqla 27 yaralı var. 

Redaktor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə Hatay valiliyi açıqlama verib. Hadisə Reyhanlı-Antakya magistralında qeydə alınıb. Dərhal əraziyə xilasedicilər cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Qaçqınların hamısı Suriya vətəndaşlarıdır. Onlar Suriya sərhədinə göndərilirmiş. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az