Pakistan XİN beynəlxalq toplantıda Ermənistana səsləndi: Əsgərlərinizi Qarabağdan çıxarın

 13:24 24.09.2019     1569

“Ermənistan əsgərlərini Dağlıq Qarabağdan geri çəkməli və BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etməlidir”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi BMT Baş Assambleyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Təmas Qrupunun toplantısında belə bəyanatla çıxış edib. O bildirib ki, Ermənistanın işğalçı siyasəti 1 milyon insanın qaçqın həyatı yaşamasına səbəb olub:

“Ermənistan bölgənin çoğrafi, demoqrafik, iqtisadi, sosial və mədəni quruluşunu dəyişdirməsinə yönəlik addımlar atır. Pakistan buna qarşıdır. Ermənistan Azərbaycanın suverenliyinə hörmət etməli və əsgərlərini Dağlıq Qarabağdan çıxarmalıdır”.

Diplomat BMT Baş Assambleyasını Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb.

Anar Türkeş / Redaktor.az