SON DƏQİQƏ: Məşhurların villaları külə döndü - FOTOLAR

 11:53 03.10.2019     9960

ABŞ-ın Şimali Karolina əyalətindəki villaların yerləşdiyi ərazidə güclü yanğın olub.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, mənzillərin birində başlayan yanğın, küləyin təsiri ilə sürətlə əhatəsini genişləndirib. Azı 7 malikanə tamamilə sıradan çıxıb.

Onların dəyərinin milyonlarla dollar dəyərində olduğu bildirilir. Sakinlər evləri vaxtında tərk etdiyindən tələfat qeydə alınmayıb. İddialara görə, ərazidə tanınmış insanların da villaları yerləşir. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az