İraq hökuməti irimiqyaslı islahatlar həyata keçirir

İraqın Nazirlər kabineti nümayişçilərin tələblərina cavab olaraq bəzi qərarlar qəbul edib.
Redaktor.az xəbər verir ki, 17 maddəlik sənəddə bütün şəhərlərdə aztəminatlı ailələrin mənzil ala bilməsi üçün maneələrin aradan qaldırılması, Bəsrə şəhərində aztəminatlı ailələrə 4 həftə əzində 17 min evin verilməsi, “Milli mənzil proqramının” hazırlanması yer alıb.
Bundan əlavə, işləyə bilməyən 150 min nəfərə 3 ay ərzində hər ay 150 dolların verilməsi, Bağdadda yeni iş yerlərinin açılması, işsizlər üçün təlim proqramının hazırlanması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Hökumət ehtiyac olacağı təqdirdə nazirlər kabinetində kadr islahatlarının aparıla biləcəyini istisna etməyib.
Anar Türkeş / Redaktor.az