Suriyanın şimalında silsilə PARTLAYIŞLAR

Suriyanın şimalındakı Cobanbəy və Azəz rayonlarında baş verən partlayışlar zamanı azı 18 nəfər yaralanıb.
Redaktor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hücumlar minalanmış motosikletlər ilə təşkil edilib. Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, qanlı hadisənin PKK terrorçuları tərəfində törədildiyi bildirilir.
Anar Türkeş / Redaktor.az