Bu məsələdə İran, İraq, Suriya və digər ölkələrə güvənməliyik - Tramp

“Suriyanın şimalında 50 amerikalı hərbçi var idi və onlar bölgədən çıxıb”.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Ağ ev”də baş tutan toplantı zamanı belə deyib. Toplantının mətbuata açıq hissəsində o bildirib ki, Vaşinqton Suriyada lazım olan müddətdən çox qalıb. Tramp bölgədəki həbsxanalarda olan İŞİD terrorçuları barədə də danışıb:
“İŞİD terrorçularını və onların ailələrini uzun müddət nəzarətimizdə saxlaya bilmərik. Bu məsələdə Avropa ölkələrinə, İraq, İran, Türkiyə, Suriya, Rusiya və digər ölkələrə güvənməliyik”.
Anar Türkeş / Redaktor.az