İran Türkiyənin Suriyadakı əməliyyatlarına qarşıdır - Cavad Zərif

“İran Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirəcəyi antiterror əməliyyatlarına qarşıdır”.
Redaktor.az xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif belə açıqlama verib. Diplomat bildirib ki, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı da narahatlığını dilə gətirib.
“Suriyanın suverenliyinə və torpaq bütünlüyünə hörmət edilməlidir” - deyə Cavad Zərif bildirib.
Anar Türkeş / Redaktor.az