İraq prezidenti etirazçılara ÇAĞIRIŞ ETDİ

İraq prezidenti Bərham Salih nümayişçilərə çağırış edib.
Redaktor.az-ın məlumatına görə, o bildirib ki, etirazçılar islahatlar aparılması üçün hökumətə fürsət verməlidir. Dövlət başçısı nümayişçiləri təmkinli olmağa çağırıb:
“Nümayişçilərə atəş açılması üçün göstəriş verilməyib. Bunu edənlər günahkardır və qanunu tanımayanlardır”.
Qeyd edək ki, İraqda oktyabr ayının 1-dən başlayan etiraz aksiyaları zamanı 100-dən çox nümayişçi həlak olub. Etirazçılar işsizlik və korrupsiya hallarından narazıdır.
Anar Türkeş / Redaktor.az