Nigeriyada faciə: 38 nəfər həyatını itirdi

 13:15 08.10.2019     421

Nigeriyanın Bauçi əyalətindəki çayda bərənin batması nəticəsində 38 nəfər həyatını itirib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, dərhal əraziyə cəlb edilən xilasedicilər 2 nəfəri xilas edib. Məlumata görə, bərədə sərnişinlərlə yanaşı yük də olub. Hadisəyə bərənin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Anar Türkeş / Redaktor.az