İspaniyanın ən böyük narkoticarət dəstəsi İFŞA EDİLDİ

 14:07 08.10.2019     369

İspaniyanın ən böyük narkoticarət dəstəsi ifşa edilib.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat zamanı 81 şübhəli saxlanılıb. 2 milyon avro, bahalı avtomobillər və 3,2 ton narkotik vasitə ələ keçirilib.

Əməliyyata xarici ölkələrin polisləri də dəstək verib.

Anar Türkeş / Redaktor.az