Yeni silahların istehsalı üçün 23 milyard dollar ayrılıb - Şoyqu

“Sanksiyalara baxmayaraq Rusiya ordusu yeni silahları ərsəyə gətirmək üçün səylərini davam etdirəcək”.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. O bildirib ki, yeni silahların istehsalı üçün 23 milyard dollar büdcə ayrılıb.
İlin sonuna qədər ordudakı silahların 68 faizi müasir avadanlıqlardan ibarət olacaq.
Anar Türkeş / Redaktor.az