Almaniyada ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb

 19:47 08.10.2019     473

Almaniyanın  Reynland-Pfalts əyalətində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Redaktor.az-ın TASS-a istinadən verdiyi məlumata görə, pilot katapult edib və xəstəxanaya yerləşdirilib.

Qəza yaşayış məntəqəsindən kənar ərazidə baş verib.

Rüfət Xəlil / Redaktor.z