NATO baş katibi Türkiyəyə səfər edəcək

NATO baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.
Redaktor.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
NATO baş katibi İstanbulda Türkiyənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Məlumata görə, Y. Stoltenberq oktyabrın 9-da İtaliyaya, 10-da isə Yunanıstana səfər edəcək.
Rüfət Xəlil/ Redaktor.az