"Ağ ev" impiçment prosesinə əngəl törədir

 10:45 09.10.2019     481

“Ağ ev” prezidentin impiçment prosesi ilə bağlı demokratlarla əməkdaşlıq etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Ağ ev”dən demokratların Nümayəndələr palatasındakı lideri Nensi Pelosiyə ünvanlanan məktubda deyilir. Məktubda qeyd edilir ki, Nümayəndələr palatasında impiçment prosesinə dair səsvermə keçirilməsə, “Ağ ev” əməkdaşlığa razılıq verməyəcək. İmpiçment prosesinin konstitusiyaya zidd olduğu irəli sürülüb.

Qeyd edək ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Bu məsələ ilə bağlı Tramp barədə impiçment prosesi başladılıb.