İraq hökuməti ikinci iqtisadi paketi AÇIQLADI

İraq hökuməti etirazçıların tələblərini əhatə edən ikinci iqtisadi paketi açıqlayıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hökumətin açıqlamasına görə, sənəddə insanlara üzərlərində hüququ olan torpaq sahələrinin verilməsi, birdən çox qurumdan məvacib alınmasının əngəlləməsi, yeni iş yerlərinin açılması üçün layihələrin həyata keçirilməsi, tələbələrin gəlir əldə edə bilməsi üçün onlara əkin ərazilərinin verilməsi və digər məsələlər yer alıb.
Qeyd edək ki, əsasən mənzil problemlərinin aradan qaldırılmasını əhatə edən birinci iqtisadi paket iki gün əvvəl açıqlanıb. Əlavə edək ki, İraqda işsizlik və korrupsiya hallarına qarşı başlayan etiraz aksiyaları zamanı 100-dən çox insan həyatını itirib.
Anar Türkeş / Redaktor.az