Lavrovdan gözlənilməz ÇAĞIRIŞ

 11:14 09.10.2019     352

Türkiyə ordusunun Suriyanın şimalında antiterror əməliyyatlarına hazırlaşdığı bir vaxtda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Əsəd adminstrasiyasını və YPG terrorçularını dialoq qurmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Ankaranın Fərat çayının şərq hissəsindəki mümkün əməliyyatlarına toxunan diplomat, problemin danışıqlar yoluyla həllinin tərəfdarı olduğunu bildirib.

“Bütün problemlər dialoq yoluyla həll olunmalıdır” - deyə Lavrov əlavə edib.

Anar Türkeş / Redaktor.az