Ermənistanı tərk edənlər arasında ali təhsillilər çoxluq təşkil edir

 12:00 09.10.2019     227

Ermənistanı tərk edənlər arasında ali təhsilli şəxslər çoxluq təşkil edir.

Redaktor.az-ın xəbərinə görə, Dünya Bankının hesabatında bildirilib ki, Ermənistandan olan mühacirlərin 40%-i ali təhsilli insanlardır.

Hesabata görə, Bosniya və Herseqovinadan olan mühacirlərin 55%-i, Latviyadan olan mühacirlərin 40%-dən çoxu, Albaniya, Moldova, Şimali Makedoniya, Qırğızıstan, Qazaxıstan, Rumıniya və Tacikistandan olan mühacirlərin 40%-ə yaxın hissəsi ali təhsilli şəxslərdir.//Apa.az