"Əl-Qaidə"nin Hindistan yarımadası üzrə lideri MƏHV EDİLDİ

 11:56 09.10.2019     379

Əfqanıstanın Hilmənd əyalətində “Əl-Qaidə” terror təşkilatının Hindistan yarımadası üzrə lideri Asım Ömər məhv edilib.

Redakot.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasından açıqlama verilib. Məlumata görə, terrorçu  təşkilatın düşərgəsinə edilən hava hücumu zamanı öldürülüb.

Hücum zamanı ümumilikdə 7 terrorçu məhv edilib. “Əl-Qaidə” hələlik məlumatı təsdiq etməyib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən