SON DƏQİQƏ: Türkiyə ordusu hücuma keçdi - Qırıcılar, helikopterlər, tanklar...

Türkiyə ordusu Suriyanın şimalına daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki adının açıqlanmasını istəməyən mənbə “Bloomberg”ə açıqlama verib. Türkiyənin Müdafiə Nazirliyi isə hələki məlumatı təsdiq etməyib. Nazirlikdən sərhəd bölgəyə əlavə hərbi texnikaların, helikopterlərin və qırıcıların cəlb edildiyi bəyan edilib.
Qeyd edək ki, Rəsmi Ankara Fərat çayının şərq hissəsini PYD-YPG terrorçularından təmizləmək üçün əməliyyatlar həyata keçirələcəyini bəyan etmişdi. Bu üzdən bölgədəki amerikalı hərbçilər geri çəkilib.
Anar Türkeş / Redaktor.az