SON DƏQİQƏ: Bu qərb ölkəsi dəhşətli terror aktı ilə sarsıldı - Çox sayda ölü və yaralı var

 15:53 09.10.2019     215

Almaniyanın Saksoniya-Anhalt əyalətindəki sinaqoq yaxınlığında naməlum şəxs insanlara odlu silahla atəş açıb.

Redaktor.az Bild qəzetinə istinadən məlumat verir ki, hadisə zamanı azı 2 nəfər həlak olub. Çox sayda yaralı var. Dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edilib.

Lakin hücum təşkil edən silahlı aradan çıxmağa müvəffəq olub. Bölgədə fövqəladə vəziyyət elan edilib. Polis insanlara vacib olmadıqca evlərini tərk etməməyi tövsiyə edib. Hücumun terror aktı olduğu nəzərdən keçirilir.

Anar Türkeş / Redaktor.az