Ərdoğan və Putin arasında telefon danışığı olub

 16:09 09.10.2019     427

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, söhbəti zamanı Ərdoğan Fərat çayının şərq sahilindəki əməliyyatların Suriyada sabitliyə töhfə verəcəyini bildirib.

“Suriya xalqının maraqlarının qorunması Türkiyə üçün önəmlidir” - deyən Ərdoğan, Rusiyanın prosesdəki rolundan məmnuniyyət ifadə edib.

Anar Türkeş / Redaktor.az