Ərdoğan elan etdi - Suriyanın şimalında əməliyyat başlayıb

 17:15 09.10.2019     63

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında antiterror əməliyyatlarının başladığını elan edib.

Redaktor.az xəbər verir ki, o, yazılı açıqlamasında qeyd edib:

“Türkiyə Silahlı Qüvvələri Suriya Milli ordusu ilə birlikdə Suriyanın şimalında PKK-YPG və İŞİD terror təşkilatlarına qarşı “Sülh Pınarı hərəkatı"na başlayıb. Məqsədimiz cənub sərhədlərimizdə yaradılmaq istənilən terror dəhlizini aradan qaldırmaq, bölgəyə sülh və sabitlik gətirməkdir”.

Anar Türkeş / Redaktor.az