ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, amerikalı diplomat Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlar barədə məlumatlandırılıb.
Yaxın saatlarda digər bölgə ölkə səfirliklərinin də Xarici İşlər Nazirliyinə çağırılacağı və onlara hərəkat barədə məlumat veriləcəyi gözlənilir.
Anar Türkeş / Redaktor.az