BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırılıb

 19:58 09.10.2019     411

BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib. 

Redaktor.az RİA "Novosti”yə istinadən xəbər verir ki, diplomatlara Türkiyənin Suriyada əməliyyata başladıqları bildirilib.

Bundan bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriyanın şimalında PKK və İŞİD-ə qarşı “Barış pinarı” adlı antiterror hərbi əməliyyatına başladıqlarını açıqlamışdı.

Rüfət Xəlil/ Redaktor.az