Suriyanın şimalında 5 terrorçu MƏHV EDİLDİ

Türkiyə Silahlı Qüvvələrinin Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində həyata keçirdiyi “Sülh pınarı” əməliyyatları nəticəsində 5 PKK-YPG terrorçusu məhv edilib.
Redaktor.az-ın Türkiyənin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, əməliyyatlar zamanı qruplaşmaya məxsus döyüş məntəqələri yerlə bir edilib.
Xatırladaq ki, ötən gün Türkiyə Suriyanın şimalında irimiqyaslı əməliyyatlara başlayıb.
Anar Türkeş / Redaktor.az