İranda həbs edilən rusiyalı jurnalistlə bağlı SON MƏLUMAT

Tehranda həbs edilən rusiyalı jurnalist Yuliya Yuzik sərbəst buraxılıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, jurnalist artıq Moskvaya qayıdıb. Qeyd edək ki, Yuliya cəsus ittihamı ilə həbs edilmişdi.
Moskvanın etirazlarından sonra Tehran jurnalistin sərbəst buraxılacağını bəyan etmişdi.
Anar Türkeş / Redaktor.az