Yerli nümayəndələrlə görüş zamanı NAZİRİ BIÇAQLADILAR

İndoneziyanın siyasi, hüquq və təhlükəsizlik məsələləri üzə naziri Viranto bıçaqlı hücuma məruz qalıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Banten əyalətində yerli nümayəndələrlə görüş zamanı naməlum şəxs nazirə bıçaqla xəsarətlər yetirib.
Hadisə zamanı yerli polis məmuru da xəsarət alıb. Yaralıların səhhəti barədə məlumat verilmir. Hadisəylə bağlı 1-i xanım olmaqla iki nəfər nəzarətə götürülüb.
Anar Türkeş / Redaktor.az