Suriyanın şimalında iki kənd terrorçulardan AZAD EDİLDİ

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatları nəticəsində 2 kənd PKK-YPG terrorçularından azad edilib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.
Anar Türkeş / Redaktor.az