Türkiyə ordusu iki gün ərzində 109 terrorçunu məhv etdi

 14:47 10.10.2019     6039

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatları nəticəsində 109 terrorçu məhv edilib.

Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, bir neçə terrorçu yaralanıb. Təslim olanlar var.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.

Anar Türkeş / Redaktor.az