Suriyadan Türkiyəyə raket zərbələri endirilib, 2 nəfər ölüb

 19:54 10.10.2019     534

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra PKK/PYD-YPG terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələri endirilib.

Redaktor.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 2 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Xəsarət alanlar arasında uşaqlar da var.