Ekvadorda xalq küçəyə çıxdı - 8 polis girov götürüldü

Ekvadorda hökumət əleyhinə etiraz aksiyaları genişlənir.
Redaktor.az RiA-ya istinadən xəbər verir ki, paytaxt Kitoda keçirilən nümayişlər zamanı 8 polis əməkdaşı etirazçılar tərəfindən girov götürürlüb.
Qeyd edək ki, nümayişlər oktyabr ayından başlayıb.
Məlumata görə, etiraz aksiyalarında baş verən qarşıdurmalar zamanı 5 nəfər həyatını itirib.
Rüfət Xəlil / Redaktor.az