SON DƏQİQƏ: İrana məxsus gəmi VURULDU - VİDEO

 11:13 11.10.2019     1426

Səudiyyə Ərəbistanı sahillərində İrana məxsus neft tankerində baş verən partlayışa səbəb raket zərbəsi olub.

Redaktor.az xəbər verir ki, bu barədə İsna agentliyi məlumat yayıb. İddialara görə, gəmiyə endirilən iki raket zərbəsindən sonra gövdə hissədə güclü partlayış qeydə alınıb. Heyət üzvləri arasında tələfat qeydə alınmayıb. Hücumun ardınca külli miqdarda neft Qırmızı dənizə axmağa başlayıb.

Məlumata görə, hadisə gəmi Ciddə şəhərindən 100 kilometr məsafədə üzərkən baş verib. Rəsmi Tehran Milli neft şirkətinə məxsus gəmidə baş verən partlayışla bağlı araşdırmalara başlayıb.

Anar Türkeş / Redaktor.az