NATO-nun Baş katibi İstanbula səfər edib

 11:44 11.10.2019     464

NATO-nun Baş katibi Yens Stoltenberq İstanbula səfər edib.

Redaktor.az “Trthaber”ə istinadən məlumat verir ki, bu gün Stoltenberqin prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir. 

Səfərdən əvvəl açıqlama verən Baş katib Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarına dəstək ifadə etmişdi.

Qeyd edək ki, Baş katibin Türkiyə səfəri bir neçə həftə əvvəl planlaşdırılıb.

Anar Türkeş / Redaktor.az